Bloq

Balıq sümüyü boğazda qalanda nə etməli, nə etməməli?

Bayram süfrələri, balıq mövsümü — və LOR həkimlərinin növbələrində ən çox rast gəlinən şikayətlərdən biri: "boğazımda sümük qalıb". Kiçik sümüklər çox vaxt badamcığa, dil kökünə və ya udlağa sancılır.

1 dəq. oxuSon yenilənmə:

Etməyin:

  • quru çörək, kartof, alma kimi bərk qidalarla sümüyü "ötürməyə" çalışmayın — sümük daha dərinə bata bilər;
  • barmağınızı boğaza salmayın, qusmağa çalışmayın;
  • boğazı çöldən ovmayın, "sildirməyin";
  • "öz-özünə keçər" deyə günlərlə gözləməyin;
  • qeyri-həkim üsullarına müraciət etməyin.

Təcili müraciət tələb edən əlamətlər:

  • tüpürcəyi uda bilməmək, ağız suyunun axması;
  • nəfəs almaqda çətinlik, səsin dəyişməsi;
  • qanlı tüpürcək;
  • boyunda şişkinlik, qızdırma;
  • kiçik uşaqda qidadan imtina və davamlı ağlama.

Həkim nə edir? LOR həkimi boğazı birbaşa baxışla və ya endoskopla müayinə edir. Sümük tapıldıqda çox vaxt yerli keyitmə ilə, xəstə oyaq halda xüsusi alətlə çıxarılır. Sümük görünmürsə, amma şikayət davam edirsə, əlavə müayinə lazım ola bilər.

Saytda axtarış

Qəbula yazılın

Op. Dr. Dilşad Şadlinskaya LOR Hospital-da qəbul edir.

Formda xəstəliyiniz barədə ətraflı tibbi məlumat və ya sənəd göndərməyin — bunu qəbulda həkimlə müzakirə edəcəksiniz.

Op. Dr. Dilşad Şadlinskaya

Rəqəmsal vizitkart

Op. Dr. Dilşad Şadlinskaya

Qulaq-burun-boğaz cərrahı, foniatr

LOR Hospital · Bakı, Nərimanov r., Əhməd Rəcəbli küç. 19K

Kontaktı yadda saxla

Video

YouTube-da açın