Asılılığın əlamətləri:
- damcısız yatmaq mümkün deyil;
- damcı çantada, cibdə, yastığın altında həmişə hazırdır;
- damcının təsiri getdikcə qısalır;
- damcı olmadan burnun hər iki tərəfi tutulur.
Nə etmək lazımdır?
- Səbəbi tapın. Asılılıq çox vaxt başqa problemin — çəpər əyriliyi, allergiya, vazomotor rinit — fonunda başlayır. Burun endoskopiyası bunu göstərir.
- Damcını plan üzrə dayandırın. Həkim damarbüzücü damcını əvəz edəcək müalicə təyin edir və dayandırma planı qurur. Birdən-birə kəsmək çətin keçə bilər; bu dövrdə həkim nəzarəti vacibdir.
- Cərrahi yol. Burun balıqqulaqları artıq qalınlaşıbsa, radiotezlikli kiçiltmə; çəpər əyridirsə, septoplastika damcıdan qurtulmağa imkan verir.
Yadda saxlayın: hər hansı burun spreyini aptekdən özbaşına alıb uzun müddət istifadə etməyin. Hamiləlikdə burun tutulması olduqda istənilən spreyi yalnız həkimlə məsləhətləşərək istifadə edin.