Bloq

Qulaq çöpü qulağı təmizləyirmi?

Qulaq kiri çirk deyil — qulaq keçəcəyinin dərisini qoruyan, nəmləndirən, toz və mikrobları saxlayan təbii maddədir. Sağlam qulaq özünü təmizləyir: çeynəmə və danışma zamanı kir yavaş-yavaş çölə doğru hərəkət edir.

1 dəq. oxuSon yenilənmə:

Qulaq çöpü nə edir?

  • Kirin bir hissəsini götürür, qalanını pərdəyə doğru itələyir və sıx tıxac yaradır.
  • Keçəcəyin nazik dərisini sıyırır — xarici otit və göbələk infeksiyası üçün yol açır.
  • Ehtiyatsız hərəkətdə qulaq pərdəsini deşə bilər.
  • Duşdan sonra keçəcəkdə qalan pambıq lifləri də yad cisim kimi qulaqda qala bilər.

Bəs necə təmizləmək lazımdır?

  • Yalnız qulaq seyvanını və keçəcəyin girəcəyini yuyun, dəsmalla qurulayın.
  • Qulaq keçəcəyinin içinə heç nə salmayın.
  • Qulağınız tutulubsa, eşitmə azalıbsa, kir tıxacını həkimə təmizlədin — görmə nəzarəti altında, sorucu ilə.

Saytda axtarış

Qəbula yazılın

Op. Dr. Dilşad Şadlinskaya LOR Hospital-da qəbul edir.

Formda xəstəliyiniz barədə ətraflı tibbi məlumat və ya sənəd göndərməyin — bunu qəbulda həkimlə müzakirə edəcəksiniz.

Op. Dr. Dilşad Şadlinskaya

Rəqəmsal vizitkart

Op. Dr. Dilşad Şadlinskaya

Qulaq-burun-boğaz cərrahı, foniatr

LOR Hospital · Bakı, Nərimanov r., Əhməd Rəcəbli küç. 19K

Kontaktı yadda saxla

Video

YouTube-da açın