Bloq

Dəniz, hovuz və qulaq: yayda ən çox rast gəlinən qulaq problemləri

1 dəq. oxuSon yenilənmə:

  1. Xarici otit ("üzgüçü qulağı"). Qulaqda uzun müddət qalan su keçəcəyin dərisini yumşaldır, bakteriyalar üçün şərait yaradır. Qulaq seyvanına toxunanda artan ağrı tipikdir.
  2. Otomikoz (göbələk). Nəm və isti mühit göbələyin çoxalmasına şərait yaradır: güclü qaşınma, dolğunluq, axıntı.
  3. Şişmiş kir tıxacı. Qulaqda kir tıxacı varsa, su onu şişirdir və qulaq qəfildən tutulur.
  4. Deşik pərdədən su keçməsi. Qulaq pərdəsində deşik olanlarda su orta qulağa keçib iltihab və axıntı yarada bilər.
  5. Həşərat. Təbiətdə istirahət zamanı qulağa kiçik həşərat girə bilər.

Qoruyucu tövsiyələr: qulağı qulaq çöpü ilə deyil, dəsmalla qurulayın; pərdəsində deşik olanlar və tez-tez xarici otit keçirənlər həkimin tövsiyəsi ilə qulaq tıxacı istifadə etsin; qulaqda ağrı, qaşınma və axıntı yaranarsa, özbaşına damcı istifadə etməyin.

Saytda axtarış

Qəbula yazılın

Op. Dr. Dilşad Şadlinskaya LOR Hospital-da qəbul edir.

Formda xəstəliyiniz barədə ətraflı tibbi məlumat və ya sənəd göndərməyin — bunu qəbulda həkimlə müzakirə edəcəksiniz.

Op. Dr. Dilşad Şadlinskaya

Rəqəmsal vizitkart

Op. Dr. Dilşad Şadlinskaya

Qulaq-burun-boğaz cərrahı, foniatr

LOR Hospital · Bakı, Nərimanov r., Əhməd Rəcəbli küç. 19K

Kontaktı yadda saxla

Video

YouTube-da açın